Zelenski BMT Təhlükəsizlik Şurasına çağırış etdi: “Ukraynanın “sülh formulu”nu dəstəkləməyin vaxtıdır”
Yusif Nəzərli
13:18 24.11.2022
Dünya
443
“Terror dövlətinin nümayəndəsi indi sizə nə deyə bilər? Deyəcək ki, mülki sakinlər onların atdıqları raketlərdən əziyyət çəkmirlər?”
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının təcili iclasında çıxışı zamanı deyib.
Zelenski Ukraynanın “sülh formulu”na dəstək verməyə və Rusiya Federasiyasının təcavüzünü pisləməyə çağırıb.
“Aranızda dünyaya terror, sabitliyin pozulması və dezinformasiyadan başqa heç nə təklif etməyən dövlətin nümayəndələri var.
İstənilən Rusiya formulunda başqa heç bir şey əks olunmur. Məhz buna görə də mən bir daha vurğulayıram: Ukraynanın “sülh formulu”nu dəstəkləməyin vaxtı çatıb!” - deyə Ukrayna lideri qeyd edib.
Zelenski həmçinin tərəfdaş dövlətlərə müraciət ünvanlayıb.
“Səmamızın qorunmasına dəstək olmaları üçün tərəfdaşlarımıza müraciət edirik. Müasir və effektiv hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinə ehtiyacımız var.
Terror dövlətinin nümayəndəsi indi sizə nə deyə bilər? Deyəcək ki, mülki sakinlər onların atdıqları raketlərdən əziyyət çəkmirlər? Hər şey göz qabağındadır. Hər şey çox açıqdır. Sizi insanlığın və həyatın müdafiəsi üçün konkret addımlar atmağa çağırıram! Təhlükəsizlik Şurası BMT Nizamnaməsinin 7-ci bölməsinə uyğun olaraq terrorçu dövlətin hərəkətlərinə dəqiq qiymət verməlidir.
Ukrayna Təhlükəsizlik Şurasına enerji terrorunun istənilən formasını pisləyən belə bir qətnamənin qəbul edilməsini təklif edir”, - deyə Zelenski vurğulayıb.
Mənbə: Ukrainskaya pravda
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi