Zelenski: Putinin ətrafı sülhün alternativinin olmadığını başa düşürlər

Rusiya lideri Vladimir Putinin ətrafı arasında Ukraynanın müharibəyə son qoymaq niyyətini dəstəkləyənlər də var.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib ki, Rusiyada benzin böhranı Ukraynanın müntəzəm hücumları fonunda dərinləşir.

“Biz sülhü necə yaxınlaşdıracağımıza dair təkliflər vermişik. Sülh məsələsində təkcə dünyadakı tərəfdaşlarımız arasında deyil, həm də Putinin ətrafı arasında da dəstəyimiz var. Onlar nə baş verdiyini və sülhün alternativi olmadığını başa düşürlər”, - deyə Zelenski vurğulayıb.

O, Rusiyada sülhə ehtiyac barədə bu cür təəssüratın artacağına əminliyini ifadə edib: "Ukraynanın uzaqmənzilli zərbələri Rusiyanın bir neçə bölgəsinə, eləcə də Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki obyektlərə çatıb".