Zelenski: Rusiya 2026-cı ildə müharibəni davam etdirməyi planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 2026-cı ildə genişmiqyaslı hərbi əməliyyatları davam etdirməyi planlaşdırdığını bildirib.

"Report"un məlumatına görə, o, bu barədə teleqram kanalında yazıb.

"Bu gün Moskvadan gələn il hərbi əməliyyatları davam etdirməyi planlaşdırdıqları barədə əlavə siqnallar eşitdik. Bu siqnallar yalnız bizim üçün deyil. Tərəfdaşlarımızın bunu görməsi vacibdir. Onların bunu nəinki görməsi, həm də cavab verməsi vacibdir, xüsusən Rusiyanın guya müharibəni bitirmək istədiyini tez-tez deyən ABŞ-dəki tərəfdaşlarımız. Lakin Rusiya tamamilə fərqli ritorikadan, fərqli siqnallardan istifadə edir və bunlar onların ordusundan gələn rəsmi əmrlərdir", - paylaşımda bildirilir.