Ukrayna ABŞ-dən təhlükəsizlik zəmanətləri üzərində işini davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
“Bizim üçün əsas məsələlər bunlardır: bu zəmanətlər ABŞ Konqresində təsdiqlənsin, zəmanətlər qanuni öhdəlik daşısın.
İkincisi, bu, NATO-nun 5-ci maddəsinə bənzər olmalıdır.
Üçüncüsü, biz bilmək istəyirik ki, Rusiya yenidən aqressiya göstərsə, tərəfdaşlar necə reaksiya verəcək.
Bundan sonra silah, ordumuzun gücləndirilməsi və Ukrayna Silahlı Qüvvələrinin sayı ilə bağlı detallar var. Bu detallardan say tərkibi istisna olunur, ordunun sayı azı 800 min olmalıdır.
Silahla bağlı detalları isə ABŞ ilə razılaşdırmışıq, sənəd tam hazır olmadan bu detallar ictimaiyyətlə müzakirə edilməyəcək”, - o bildirib.
Zelenski əlavə edib ki, eyni yanaşma Ukrayna və Rusiya arasındakı son sülh planı üçün də keçərlidir:
“Rusiyanın son sülh planının necə olduğunu bilmirəm. ABŞ bizimlə və ruslarla danışıb. Hələlik razılaşdırılmış plan yoxdur. Prezident Trampla danışacağam”.