Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Ukrayna danışıqlar qrupunun rəhbəri Rustem Umerov məlumat verib.
"Biz elə indicə Ukraynaya qayıdarkən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkovla danışdıq. Ukrayna prezidenti Volodimir Zelenski də söhbətə qoşuldu. Əsas məsələ gələcək əlaqələrin və növbəti addımların əlaqələndirilməsi idi. İş intensiv və məzmunludur. Biz məsləhətləşmələri davam etdiririk və demək olar ki, hər gün sənəd bəndləri üzərində işləyirik. Həmçinin Avropa milli təhlükəsizlik müşavirləri ilə müntəzəm əlaqə saxlayırıq. Yaxın vaxtlarda gələcək görüşlər keçirmək barədə razılığa gəldik", - Umerov bildirib.