Ukrayna nümayəndə heyəti Ağ Ev rəsmiləri ilə görüşmək üçün ABŞ-a səfərə yola düşüb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Ofisinin rəhbəri Kirill Budanov və “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya daxildir, onlar hazırda yoldadır.
Səfərdə əsas məqsəd ABŞ-la birgə hazırlanmış sənədlər, eyni zamanda, Rusiyanın buna verəcəyi cavabla bağlı fikir mübadiləsi aparmaqdır.