Zelenski Ukrayna nümayəndə heyətinin yenilənmiş siyahısını açıqlayıb

Volodimir Zelenski Rusiyayla sabah İstanbulda keçiriləcək sülh danışıqları üçün Ukrayna nümayəndə heyətinin yenilənmiş siyahısını açıqlayıb.

Sherg.az xəbər verir ki, 12 nəfərlik heyətin tərkibi 14 nəfərə çatdırılıb.

Müdafiə naziri Rustem Umerov nümayəndə heyətinə rəhbərlik edəcək. Yeni heyətə Ukraynanın hərbi, insan hüquqları və hüquq sahələrindən bir sıra yeni simalar da daxil edilib.