Zelenski Ukraynanın hansı təhlükəsizlik təminatlarını ala biləcəyini açıqlayıb
07:52 21.08.2025
Dünya
293
Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra dövlətlərin Ukraynaya hərbi qüvvələr göndərməyə hazır olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə Ukrayna lideri jurnalistlərlə söhbətində deyib.
Zelenskinin sözlərinə görə, Kiyev ABŞ Prezidenti Donald Trampdan Ukrayna üçün təhlükəsizlik təminatlarında iştirak edə biləcəyi haqda siqnal alıb və bu, digər dövlətlərin də bu prosesə qoşulmasına imkan yaradır.
O qeyd edib ki, Vaşinqtondakı görüşdən əvvəl ABŞ təhlükəsizlik təminatçılarından biri olmayıb, indi isə artıq onların bu prosesə qoşulmağa hazır olduqlarına dair bəyanatları var.
"Mənim fikrimcə, bu, əsas çətinliklərdən biri idi. Çünki ABŞ Ukraynanın təhlükəsizlik təminatlarında koordinatorluq etmədiyi halda, avropalı həmkarlarımda bir qədər qeyri-müəyyənlik vardı", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, bu gün ABŞ-dan, Trampdan və onun komandasından Ukraynanın təhlükəsizlik təminatlarında iştirak etməyə hazır olduqlarına dair müsbət siqnallardan sonra avropalılar daha da ürəklənib.
"Bu, başqa ölkələrin də buna qoşulmağa hazır olduqlarını təsdiq etmələri üçün fürsət yaradır. Hazırda əsas ölkələrin baş qərargahları artıq nə etməyə hazır olduqlarını müzakirə etməyə başlayıblar və əvvəllər ortada olmayan bəzi ölkələr artıq görünməyə başlayacaq", - deyə Prezident əlavə edib.
Zelenski bildirib ki, hazırda nə qədər ölkənin Ukraynaya silahlı qüvvə göndərməyə hazır olduğu hələlik məlum deyil.
Onun sözlərinə görə, vacib olan budur ki, Ukraynaya təhlükəsizlik təminatları verməyə hazır olan ölkələr var - o cümlədən Yaponiya və Avstraliya...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə