Zelenskinin prezident seçkilərində güclü rəqibləri ortaya çıxıb

“The Economist” nəşrinin yaydığı, hələ dərc olunmamış sorğunun nəticələrinə görə, hipotetik prezident seçkilərində Ukrayna Prezidenti Vladimir Zelenski 21 faiz səslə öndədir.

Sherg.az xəbər verir ki, keçmiş Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı 18 faiz, keçmiş müdafiə naziri Mixail Fedorov isə 16 faiz göstərici ilə Zelenskini izləyir.

Nəşr qeyd edir ki, rəqəmlər hipotetik xarakter daşıyır və siyasi vəziyyətin dəyişməsi seçici dəstəyinə təsir edə bilər. Sorğunun Zelenski administrasındakı korrupsiya ilə bağlı NABU araşdırmasının dərcindən və Fedorovun seçkilərin keçirilməsinə çağırışından əvvəl aparıldığı bildirilir.

Fedorov prezidentliyə namizəd olmaq niyyətini açıqlamayıb. Zalujnı isə siyasətlə məşğul olmaq və ölkə rəhbəri olmaq istəyini istisna etmir.