Azər Həsrət: Dezinformasiya xarakterli xəbərlərin qarşısını almağa hazır olmalıyıq
Yusif Nəzərli
12:18 11.11.2024
Media
1102
Xəbər yaymında əsas üstünlük rəsmi məlumatların gecikdirilmədən ictimaiyyətə çatdırılmasıdır
Gözlənildiyi kimi oldu. COP29 tədbiri başlayan kimi dezinformasiya şəbəkəsi də işə düşdü. Bu gün səhər saatlarında Sumqayıtda yanğın hadisəsi baş verdiyi xəbəri yayıldı. Həm də SOCAR-ın Sumqayıtdakı zavodunda. Bəzi media resurslarında yayılmış xəbər, az keçmiş rəsmi mənbə tərəfindən təkzib edildi.
Fövqəladə Hallar Nazirliyi xəbəri təkzib edərək belə bir hadisənin baş vermədiyini bildirməklə yanaşı, media subyektlərini məlumat yayarkən yalnız rəsmi qurumlara istinad etməyi tövsiyə etdi. Təbii ki COP29-un işə başladığı gün belə bir xəbərin yayılmasının ölkəmizin nüfuzunu aşağı salmağa çalışan qüvvələrə sərf etdiyi, hətta müəyyən dairələrdən idarə oluna biləcəyi göz ardı edilməməlidir. İndiyədək də media subyektlərinə xəbərlər yayarkən rəsmi mənbələrə istinad etməyin ən doğru seçim olduğu çatdırılıb. Lakin görünən budur ki, ölkəmizə qarşı olan qüvvələr hər fürsətdən yararlanmağa çalışır.
Siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında bir neçə gün öncə elə bu məsələ barədə rəy bildirdiyini xatırlatdı:
- Xatırlayırsınızsa, Zəfər bayramı günü Zəfər Parkının açılışını edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə qarşı qarayaxma kampaniyalarından əl çəkməyən Qərb dövlətlərinə açıq mesajlar verdi və qeyd etdi ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə, Azərbaycanın hazırkı sərhədləri daxilində dövlət suverenliyini tam bərpa etməsini hələ də həzm edə bilməyənlər var. Qərbin bəzi siyasi dairələri hər fürsətdə Azərbaycana iftira atmağa çalışır, Ermənistanı üzərimizə qaldırmağa həvəs göstərənlər ölkəmizə qarşı geniş, çirkin kampaniya aparmaqda davam edir. Bunu da öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resursları, bəzi qeyri-hökumət təşkilatları vasitəsiylə edirlər. Bu şantaj kampaniyası özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Ona görə də bu gün COP29 kimi dünya miqyaslı bir tədbirin başladığı zamanda biz ən müxtəlif mənbələrdən dezinformasiya xarakterli, fake xəbərlərin yayılacağına hazır olmalıyıq və bu cür təxribat xarakterli xəbərlərin qarşısını almaq üçün media resurslarının səfərbər edilməsi vacibdir. Dediyim kimi, taktikanı mümkün qədər dəyişib, xəbər platformalarında, qlobal müstəvilərdə rəsmi, güvənilir açıqlamalara istinad edərək yalan xəbərlərin yarada biləcəyi panikanı, şübhəli məqamları aradan qaldırmalıyıq. Xəbər yaymında əsas üstünlük rəsmi məlumatların gecikdirilmədən ictimaiyyətə çatdırılmasıdır. Bunun üçün də rəsmi qurumlar dərhal reaksiya verməli, çevik işləməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya