Karqo paketindən kobra çıxdı -ŞOK OLAY
Karqo paketindən kobra çıxdı -ŞOK OLAY
09:29 21.06.2024
Hadisə
521
Dəhşət yaşayan qadın polisə zəng edib
Təsəvvür edin, “Trendyol”dan etdiyiniz sifarişi təslim alırsınız, paketi açanda içindən ilan çıxır. Özü də kobra. Nə edərdiniz? Eynilə bu hadisə Hindistanda baş verib. Kobra ilanı dedikdə ağla ilk gələn Hindistan olur. Hindistandakı karqo paketindən kobra ilanının çıxması, əslində, təəccüblü olmamalıdır. Amma bütün hallarda qorxuncdur.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, hindli qadın Tanvi “@amazonIN”dən “Xbox komanda oyunu” sifariş edib. Karqo paketini təslim alıb açdıqda bağlamanın üzərindəki yapışqanlı kağıza bir kobra ilanının yapışdığını görüb. Gördüyü qarşısında dəhşətə düşən qadın polisə zəng edib. Qadının evinə gələn təhlükəsizlik xidməti polisi ilanı ehmalca bağlamanın üzərindən qoparıb. Bu hadisə barədə məlumat sosial şəbəkədə yayılıb və dünya mediasında yer alıb. Qadın “X”də bunları yazıb: “@amazonIN”dən bir “Xbox komandası” sifariş etmişdim, onunla birlikdə bir ilan da gətirdilər”. “Amazon Hindistan” isə sifarişçidən üzr istəyib və hadisəni araşdırdıqlarını bildirib. Əlavə olaraq qadına zərərçəkmiş qismində maddi təzminat da ödənilib. “Amazon Hindistan” müştərilərinin təhlükəsizliyinə önəm verdiklərini vurğulayaraq günahkarların cəzalanacağını da qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya