Düz üç ildir vəhşi təbiətdə yaşayırlar: Qaçaq ata və uşaqları göründü
Düz üç ildir vəhşi təbiətdə yaşayırlar: Qaçaq ata və uşaqları göründü
09:33 14.10.2024
Dünya
347
3 il əvvəl həyat yoldaşı ilə dalaşıb övladlarını da yanına alaraq evdən çıxıb gedən Tom Filipsin harada olması bu günlərdə məlum olub.
“Sherg.az” “The Guardian” xəbərini yayan “mashable.com.tr”ə istinadən bildirir ki, küskün ailə başçısı Yeni Zelandiyanın Şimal adasının qərb sahillərində görüntülənib. “Qaçaq ata” və 3 övladının yamac yuxarı qalxdıqları kameraya yansıyıb. Məlumatda qeyd edilir ki, 2021-ci il Milad ərəfəsində Tom Filipslə həyat yoldaşı arasında anlaşılmazlıq yaranıb və o,8, 9 və 11 yaşında olan Ember, Maverick və Jayda adlı üç övladını götürərək Vaikatonun boş ərazilərinə gedib. Ötən ilin noyabrında Fillipsin bir bağ evindən oğurluq etdiyi və Piopiodakı bir mağazaya girdiyi iddia edilir. Təhlükəsizlik kamerası görüntülərində görünən iki nəfərdən birinin Filips, digərinin isə onun övladlarından biri olduğu düşünülür. Bununla belə, ailənin axtarışında böyük irəliləyiş keçən cümə axşamı ata və uşaqların Yeni Zelandiyanın Vaikato bölgəsindəki Marokopa fermasında bir yerdə görünməsi ilə baş verdi. Polis görüntünü "inandırıcı" hesab edib.Vəhşi donuz ovçularından ibarət bir qrup mobil telefonları vasitəsilə ailəni görüntüyə alıb. Detektiv Endryu Saunders deyib ki, polis bu görüntüləri "etibarlı" hesab edir və görüntülərdəki şəxslərin Filips və onun qanuni himayəsinə malik olmayan üç övladı olduğuna inanır. Görüntü ortaya çıxandan sonra polis araşdırmalara başlasa da, ailənin izinə rast gəlinməyib. Detektiv Saunders bu açıqlamanı verib: “Ətraflı məlumat verə bilməsək də, ictimaiyyətə bildirmək istəyirəm ki, aldığımız hər hansı məlumat və ya xəbərə cavab vermək üçün resurslarımız var. "Diqqətimiz Jayda, Maverick və Emberin ailələrinə təhlükəsiz qayıtmasıdır və biz bunun baş verməsi üçün əlimizdən gələni edirik". 2021-ci ilin sentyabrında yük maşını tərk edilmiş vəziyyətdə tapılan Filips və uşaqlarının itkin düşdüyü elan edilib. Daha sonra quruda və dənizdə geniş axtarış əməliyyatı aparılıb. On doqquz gündən sonra Filips və uşaqlar Marokopa yaxınlığındakı ailəsinin fermasında göründülər. Uşaqlarını uzun bir düşərgəyə apardığını iddia edən Filips, polisin vaxtını və resurslarını itirməkdə günahlandırılıb. Ancaq üç ay keçməmiş dördü yenidən yoxa çıxdı. Filips yanvar ayında keçirilən məhkəmə iclasında iştirak etmədikdə, onun barəsində həbs qərarı çıxarılıb. Övladlarını sonuncu dəfə 2021-ci ildə görən ana onların sağ olduğunu öyrənincə rahatladığını belə izah edib: "Onların hamısı sağ olduqları üçün çox şadam. Hər üç körpəmi görəndə çox rahatladım. Üçü də sağdır!". Filipsin anası Culiya nəvələrini görməkdən çox xoşbəxt olduğunu, həmçinin onların evə qayıtmasını istədiyini bildirib. “Uşaqların sağ-salamat olduğunu görüb rahatladıq” deyən nənə və əlavə etdi: “Biz belə düşünürdük, amma heç vaxt əmin ola bilməzsən”. Con Makovini də ifadə verib ki, qrupu görən donuz ovçuları arasında onun 16 yaşlı nəvəsi də olub. Nəvəsi ilə qrup arasında cəmi 50 metr məsafənin olduğunu bildirən Makoviney, aralarındakı dialoqu da belə nəql edib: "Mən onlardan soruşdum ki, siz burada nə edirsiniz? Kimsiniz? Burada olduğunuzu başqa kimsə bilirmi?" soruşdular və qrup "yalnız siz bilirsiniz" cavabını verdi və yeriməyə davam etdi". Makoviney bildirib ki, gənc ovçular qrupu təsvir edərkən, uşaqların maska taxdığını, Filipsin isə silahlı olduğunu deyiblər. 2023-cü ildə Filips üçün həbs qərarı verildi. Polis hesab edir ki, Filips may ayında bank quldurluğunda iştirak edən iki nəfərdən biridir. Yeni Zelandiya polisi də uşaqların tapılmasına səbəb olan məlumat üçün 80.000 dollar mükafat təklif edib, lakin mükafat ləğv edilib. Polis daha əvvəl Filips və uşaqların kənardan kömək aldıqlarına inandıqlarını söyləyib və "kim bunu etdisə, lütfən, dayanın, düzgün hərəkət edin və bildiklərini polisə deyin", deyə çağırış edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə