Gürcüstanın Baş nazirinin İlham Əliyevlə təkbətək görüşü gözlənilir
Yusif Nəzərli
12:18 10.11.2024
Siyasət
468
Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 11-13-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (COP29) iştirak edəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Kobaxidzenin Prezident İlham Əliyevlə təkbətək görüşü gözlənilir.
“Gürcüstanın baş naziri Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə təkbətək görüş keçirəcək. İrakli Kobaxidzenin COP29 liderlərinin sammitində çıxışı, həmçinin müxtəlif mövzular üzrə dəyirmi masa formatında keçiriləcək panel müzakirələrində iştirakı planlaşdırılır”, - məlumatda qeyd olunub.
Hökumət başçısını Azərbaycana səfərində onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Joliani müşayiət edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya