CHP-nin növbədənkənar qurultayında Özgür Özəl sədr postuna yeganə namizəd olub - YENİLƏNİB
Yusif Nəzərli
09:52 06.04.2025
Siyasət
292
Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayında sədr postuna yeganə namizəd olacaq.
APA-nın xəbərinə görə, qurultayda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna namizəd olacağını açıqlayan sabiq millət vəkili Berhan Şimşek qurultay nümayəndələrindən yetərli imza toplaya bilmədiyi üçün namizəd olmayıb.
Bundan əvvəl Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal namizədliyini geri götürüb.
Beləliklə, bu posta yeganə namizəd partiyanın hazırkı sədri Özgür Özəl olacaq.
***
Bu gün Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayı keçirilir.
APA-nın xəbərinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) 21-ci növbədənkənar qurultayı Ankarada Nazım Hikmet Mədəniyyət Mərkəzində baş tutur.
Qurultayda partiyanın prezidentliyə namizədi, hazırda həbsdə olan Əkrəm İmamoğlu üçün təmsili stul ayrılıb.
Hazırkı sədr Özgür Özəl yenidən bu posta namizəd olacağını açıqlayıb. CHP sədrliyinə Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal və sabiq millət vəkili Berhan Şimşek də namizəd olacaqlarını açıqlasalar da, Ümit Uysal namizədliyini geri götürüb.
Qurultayda partiyanın rəhbər strukturlarına da seçkilər olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya
İlk üz-üzə təmas: ABŞ və İran Omanda masa arxasına oturdu
12:40 06.02.2026
Gündəm
Zaxarova qonşu ölkəni “xəstə” adlandırdı
12:35 06.02.2026
Dünya