
Paşinyan hakimiyyəti tam ələ keçirir - POLİTOLOQ
Yusif Nəzərli
05:41 05.06.2025
Siyasət
547
Erməni kilsəsinin siyasi oyunları bitir
Baş nazir Nikol Paşinyanın erməni keşişləri “subaylıq andını pozmaq”da ittiham etməsi ilə başlanan hakimiyyət-kilsə qarşıdurması Ermənistanın əsas gündəminə çevrilib. İşğal və revanşizm ideologiyasının kilsədən qaynaqlandığını nəzərə alsaq, bu mübarizənin nəticələri Azərbaycan üçün də maraqlıdır. Erməni baş nazirin kilsə ilə qarşıdurması 2018-ci ildən – hakimiyyətə gəlişindən sonra başlayıb. Əsas motiv erməni kilsəsinin Ermənistan dövlətindən daha güclü olması və dəstəklədiyi ideologiya ilə Paşinyanın “yeni Ermənistan” konsepsiyasının ziddiyyət təşkil etməsidir. İndiyə qədər zaman-zaman qarşılıqlı hücumlar baş verib. Hakimiyyət kilsənin imtiyazlarına - torpaq mülkiyyəti və mühafizəsinə əl qoymağa, eləcə də mübahisəli kilsə tarixini gündəmə gətirməyə çalışıb. Kilsə hakimiyyətə qarşı həmlələri daha çox siyasi qüvvələrin arxasında dayanmaqla həyata keçirib. Eyni zamanda, 44 günlük müharibədən sonra Paşinyana qarşı kampaniyaya açıq dəstək verib. Ermənistanda müxalif qüvvələrin effektsiz fəaliyyəti kilsəni siyasi mübarizəyə aktiv şəkildə qoşulmasına zəmin yaradıb. Paşinyanın indi kilsəni hədəfə alması revanş gedişi kimi qəbul oluna bilər. Ukrayna ətrafında danışıqlar prosesinin başlanması ilə bölgəyə qayıtmağa çalışan Rusiyanın ilk növbədə ən çox “qan itirdiyi” Ermənistanda mövqelərini bərpa etmək istəkləri müşahidə edilir. Moskva buna nail olmaq üçün təkcə hakimiyyətlə əməkdaşlığı sıxlaşdırmır, həm də müxalif qüvvələri hərəkətə keçirərək, rəsmi İrəvanın siyasətinə təsir etmək istiqamətində də işləyir. Moskva və erməni kilsəsini Paşinyana qarşı ortaq maraqlar birləşdirir.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Ermənistan adlı dövlətin mahiyyət etibarilə yalan və uydurmalar üzərində qurulması erməni kilsəsinin məhsuludur. Ekspertin sözlərinə görə, regionda qlobal güclərin oyuncağı kimi yaradılan Ermənistan dövlətciyi erməni xalqına bəlalar gətirməkdən başqa heç nəyə yaramayıb:

"Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib. Xalqın beyni saxta fikirlərlə yuyulub. Bunu ilk dilə gətirən Paşinyan oldu. Uydurma yalanlardan erməni xalqına xeyir gəlmədiyini, qonşulara qarşı düşmənçilikdən əl çəkməyin zərurətini Paşinyanın dilə gətirməsi revanşist və dini dairələrin silahını əllərindən aldı. "Soyqırımı" və "Dənizdən-dənizə Ermənistan" mifləri ifşa olunduqca, bu dairələr Paşinyana qarşı cəbhə aldılar. Əslində, Paşinyan da yaxşı erməni deyil, sadəcə o, məntiqli ermənidir. Bu yolun erməni xalqını uçuruma apardığını başa düşür".
Analitik əlavə edib ki, kilsənin Paşinyana qarşı demarşının hazırda real əsasları yoxdur:
"Onların Paşinyanın qarşısına çıxarmağa fiquru da yoxdur. Erməni xalqı da keçmişdən az-çox nəticə çıxarıb. Azərbaycanın gücünə də bələddirlər. Hesab edirəm ki, erməni kilsəsi indiki məqamda Paşinyana qalib gələ bilməz. Paşinyanın kilsəni zəiflətmək istəyi Ermənistanda hakimiyyəti tam ələ almaq üçündür. Kilsənin mövqeyinin zəifləməsi Paşinyanın güclənməsi anlamına gəlir, həm də Ermənistanı sülhə yaxınlaşdırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya