Maaşı az olan vətəndaşlar əziyyət çəkirlər
22:57 29.10.2025
Sosial
523
Özəl pensiya fondları açılmasa, vətəndaş kapitalını itirə bilər
Vətəndaş pensiya kapitalı ilə bağlı sərəncam verə bilmir, mexanizm yoxdur
Azərbaycanda pensiya sistemi ilə bağlı narazılıqlar son dövrlər daha çox səslənməyə başlayıb. Vətəndaşlar əsasən topladıqları pensiya kapitalının hesablanma qaydası və ondan istifadə imkanlarının məhdudluğu ilə bağlı narazılıqlarını ifadə edirlər. Onların fikrincə, uzun illər işləyib müəyyən məbləğdə kapital toplasalar da, bu vəsait üzərində tam sərəncam hüququna malik deyillər. Məsələn, bir çox insanlar tələb olunan kapital məbləğini toplasalar belə, ondan vaxtından əvvəl istifadə etməyə icazə verilmir. Bu isə pensiya yaşına qədər vəsaitin şəxsi ehtiyaclar üçün istifadəsini mümkünsüz edir. Digər tərəfdən, 65 yaşına çatdıqda aparılan hesablamalar nəticəsində müəyyən edilən aylıq pensiya məbləği vətəndaşların gözləntilərini qarşılamır. İnsanlar bildirirlər ki, bu mexanizm uzun illər çalışanlarla az işləyən və ya işləməyən şəxslər arasında fərqi xeyli azaldır. Belə vəziyyət sistemin ədalətliliyi ilə bağlı suallar doğurur. Əlavə olaraq, yığım əsaslı pensiya kapitalı modeli Azərbaycanda mövcud olsa da, bu sistem bir çox inkişaf etmiş ölkələrdəki kimi tam varislik hüququnu təmin etmir. Başqa sözlə, kapital toplayan şəxs pensiya yaşına çatmadan vəfat etdikdə, onun hesabında qalan vəsait ailə üzvlərinə və ya varislərinə tam şəkildə ötürülmür. Hətta bəzi hallarda pensiya yaşına çatdıqdan sonra da hesabda qalan artıq vəsaitdən vətəndaşın sərbəst şəkildə istifadə etməsinə imkan verilmir. Nəticədə, illərlə formalaşdırılan şəxsi pensiya kapitalı üzərində real sahiblik hüququ məhdud qalır və bu da ictimai narazılığın əsas səbəblərindən biri kimi göstərilir.
Mütəxəssislərin sözlərinə görə, Azərbaycanda vətəndaşların pensiya alma müddəti 12 il nəzərdə tutulur. Hesaba toplanan kapital həmin müddətə bölünərək pensiya yaşına çatan şəxsə hər ay ödənilir. İqtisadçı Rəşad Həsənov qeyd edib ki, Azərbaycanda minimum pensiya kapitalının məbləği minimum pensiya məbləğinin 144 qatı ilə müəyyən edilir. Hazırda minimum pensiya məbləği 320 manata çatdırıldığı üçün, yaşa görə pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı 46 080 manatdır. Əgər qanunvericiliyin müəyyən etdiyi pensiya kapitalı lazımi miqdarda yığılmırsa, sığorta stajları da 25 ildən azdırsa vətəndaşa yaşa görə müavinət verilir. Pensiya hesabına toplanan vəsaitin taleyinə gəldikdə isə iqtisadçı hesab edir ki, burada xarici təcrübədən yararlanmaq məqsədəuyğundur. Bir çox ölkələrdə toplanan pensiya kapitalı fərqli metodlarla şəxsin özünə çatdırılır. Yığım əsaslı pensiya sistemində kapitala adətən varislik hüququ təyin edilir. Bu da müxtəlif formalarda əks olunur. Birdəfəlik götürülmə, mərhələli götürülmə, ianə etmə və yaxud Baltikyanı ölkələrdə olduğu kimi həmin kapitalın onun ailə üzvlərinin kapitalına əlavə edilməsi kimi təcrübələr var.
İqtisadçı Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanda pensiya kapitalından istifadəyə, yaxud da bu vəsaiti vərəsəlik hüququ ilə ailə üzvlərinə verməyə qanunvericilikdə qadağa yoxdur:
“Amma bunun mexanizmi də yoxdur. Mexanizm yoxdur deyə, insan öz kapitalı ilə bağlı sərəncam vermək hüququna malik deyil. Ona görə də bizdə bunun çözüm yolu ya qanunvericiliyə ciddi dəyişiklik etmək, ya da özəl təqaüd fondları yaratmaqdır. Həmin fondlarla bağlanan müqavilədə qeyd olunmalıdır ki, vətəndaş bu kapitalı nə vaxt, hansı şərtlərlə götürə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya