İstanbulda qış başlayır: Havanın temperaturu 10 dərəcə aşağı düşəcək

İstanbulda bir müddətdir mülayim və yaz havasını xatırladan temperaturun yerini soyuq hava alacaq. Sherg.az xəbər verir ki, həftəsonu şəhərdə fasilələrlə leysan yağışları gözlənilir, yeni həftənin əvvəlindən isə temperaturun kəskin şəkildə aşağı düşəcəyi bildirilir.

Meteoroloji proqnoza görə, bazar günü İstanbulda hava parçalı buludlu olacaq və temperatur 18-19 dərəcə təşkil edəcək. Lakin çərşənbə axşamından etibarən şimal küləklərinin güclənməsi ilə temperaturun təxminən 10 dərəcə enəcəyi gözlənilir.

Ankara və İzmir şəhərlərində də həftəsonu temperatur mövsüm normasından yüksək olacaq, yeni həftədə isə havanın soyuması proqnozlaşdırılır.