Rəsmi Moskva: Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır?
12:30 16.01.2025
Region
519
Moskvanın Ermənistandakı Avropa İttifaqının missiyasına münasibəti mənfidir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Aİ missiyasının Ermənistanda qalma müddətinin uzadılmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Rusiya XİN sözçüsü Ermənistan-Azərbaycan sərhədində atışmaların davam etdiyini qeyd edib.
Zaxarova vurğulayıb ki, Aİ missiyası Cənubi Qafqaz regionuna yad cisimdir: “Əminik ki, Cənubi Qafqaz qarşısında dayanan bütün məsələlər xaricdən müdaxilə olmadan region ölkələrinin kollektiv səyləri ilə həll oluna bilər. Belə bir sual vermək istəyirəm: Əgər Aİ missiyası sabitliyə nail olmaqda bu qədər qərarlıdırsa, nə üçün mandatının uzadılması qərarı, eləcə də o vaxt missiyanın yerləşdirilməsi qərarı Bakının razılığı olmadan verilir, nə üçün regionda vəziyyətin yaxşılaşdırılmasında xüsusi marağı olan regional oyunçunun rəyi nəzərə alınmır?”
Rusiya XİN Ermənistandakı Aİ müşahidəçilərinin regionda casus fəaliyyətindən dəfələrlə danışdıqlarını xatırladıb: “Onlar dəqiq region ölkələrinin, xalqlarının maraqlarına xidmət etmirlər. Onlar Qərbin konkret ölkələrinin sorğularına xidmət edirlər. Aydındır ki, Aİ missiyasını Ermənistanın maraqları ümumiyyətlə maraqlandırmır. Ermənistan xalqı Aİ maraqlarında yoxdur, vəziyyətdən istifadə isə var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə