
Analitik: TDT-nin Zirvə toplantılarının sayını çoxaltmaq lazımdır
08:13 18.04.2025
Siyasət
518
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısının tarixi məlum olub.
Bu barədə TDT-nin saytında məlumat verilib.
TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı 20-22 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək.
Qeyd edək ki, TDT dövlət başçılarının 12-ci Zirvə toplantısı isə bu il Azərbaycanda keçiriləcək.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a deyib ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə toplantılarının tez-tez keçirilməsinin tərəfdarıdır:

“O, birmənalı şəkildə söyləyir ki, türk dövlətlərinin rəhbərləri daha çox bir araya gələrək vacib məsələləri müzakirə edərək qərarlar versələr, daha yaxşı olar. Həqiqətən də Türk Dövlətləri Təşkilatının rəsmi və qeyri-rəsmi Zirvə toplantıları ən az ildə iki dəfə keçirilməlidir. Çünki türk dövlətləri arasında müzakirə edilərək həll olunması lazım olan məsələlər həddindən artıq çoxdur. Həmin mövzularla bağlı ildə bir dəfə görüşməklə qərar vermək mümkünsüzdür. Ona görə də Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarının sayını çoxaltmaq lazımdır. Eyni zamanda Türk Dövlətlərinın Vətəndaş Cəmiyyəti təmsilçilərinin də toplantılarını da intensiv şəkildə keçirməyə zərurət var. Hazırda türk dövlətləri ilə bağlı cəmiyyət içində gedən müzakirələr baxımından da belə görüşlərin artırılması vacibdir. Elə məsələlər var ki, onlar haqqında yetərincə məlumatımız olmadığına görə cəmiyyətdə uyğunsuz ifadələr səslənir. Bu isə türk dövlətlərinin yaxınlaşmasını əngəlləyəcək amillərə çevrilə bilər. Macarıstanda və daha sonra Azərbaycanda keçirilməsi nəzərdə tutulan Zirvə görüşləri türk dünyası üçün çox əhəmiyyətlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol