Kreml Putin-Tramp telefon danışığının bəzi detallarını açıqlayıb
Yusif Nəzərli
19:13 19.05.2025
Gündəm
505
Putin-Tramp telefon danışığı kifayət qədər uzun, 2 saat 5 dəqiqə davam edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Tramp arasında telefon danışığından sonra keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, söhbətin əvvəlində Putin Trampı 11-ci nəvəsinin doğulması münasibətilə təbrik edib, yeni doğulan körpəyə və ABŞ liderinin qızına sağlamlıq arzulayıb.
Uşakov vurğulayıb ki, telefon danışığı açıq və konstruktiv olub, qarşılıqlı hörmət şəraitində keçib:
"Liderlər Rusiya və ABŞ arasında münasibətlərin vəziyyətini müzakirə edib və onların daha da normallaşmasının tərəfdarı olduqlarını bildiriblər. Prezidentlər məhbus mübadiləsini müzakirə ediblər. Məhbusların 9-un 9-a formatında mübadiləsi planlaşdırılır".
Uşakov qeyd edib ki, Tramp Ukraynada nizamlanmadan sonra Rusiyanı ABŞ-ın əsas ticarət və iqtisadi tərəfdaşlarından biri kimi gördüyünü söyləyib:
"Putin və Tramp Ukrayna da daxil olmaqla bütün məsələlər üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər. Liderlər şəxsi görüşün keçiriləcəyini istisna etmirlər, yer və tarix hələ müəyyənləşməyib".
Kreml rəsmisi telefon danışığı zamanı Rusiya və Ukrayna arasında atəşkəslə bağlı mümkün razılaşmanın əldə olunmasının müddətindən söhbət getmədiyini söyləyib:
"Ukrayna mövzusu Putin və Tramp tərəfindən çox ətraflı, maraqlı nüanslarla müzakirə edilib. Putin Kiyevin danışıqlar masası arxasına qaytarılmasında Tramp və onun administrasiyasının müsbət rolunu qeyd edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm