
İqtisadçı: Mövcud təşviq mexanizmləri daha çevik və innovativ yanaşmalarla zənginləşdirilməlidir
13:18 19.08.2025
İqtisadiyyat
437
Kənd təsərrüfatı siyasətində kompleks və inteqrativ yanaşma olmadan dayanıqlı inkişafın təmin edilməsi mümkün görünmür
2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 506.4 milyon ABŞ dolları dəyərində 490.6 min ton meyvə-tərəvəz ixrac edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 32% və ya 122.5 milyon dollar, həcmi isə 33.1% və ya 122 min ton artıb. 2024-cü ilin ilk 7 ayında Azərbaycan 383.9 milyon ABŞ dolları dəyərində 368.6 min ton meyvə-tərəvəz ixrac edib.
*
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 156.9 milyon dollar dəyərində pomidor (143.6 min ton), 82.5milyon dollar dəyərində meşə fındığı (11.4 min ton), 38.3 milyon dollar dəyərində alma (54.4 min ton ), 32.9 milyon dollar dəyərində xurma (45.8 min ton), 28.1 milyon dollar dəyərində kartof (70.8 min ton), 4.3 milyon dollar dəyərində nar (5 min ton) olub.
Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3.33%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24.25%-ə bərabər olub.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a bildirdi ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində uzun müddətdir ki, müxtəlif təşviq proqramları tətbiq olunur və bu proqramların müəyyən nəticələri də müşahidə edilməkdədir:

“Şübhəsiz ki, bu tədbirlər müəyyən dərəcədə istehsal və ixrac göstəricilərinə müsbət təsir göstərib. Lakin illər üzrə dinamikaya nəzər yetirdikdə aydın olur ki, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında kəskin və dayanıqlı artım qeydə alınmır. İllik hesabatlarda fiziki həcmlərdə və dəyər ifadəsində artımlar mövcud olsa da, bu artımlar struktur dəyişiklikləri yaratmaq gücündə olmayıb. Müqayisə üçün, Türkiyənin Antalya bölgəsində kənd təsərrüfatı iqtisadiyyatın ikinci dərəcəli istiqaməti hesab olunsa da, həmin regionun kənd təsərrüfatı ixracı Azərbaycanın ümumi ixrac göstəricilərini üstələyir. Bu fakt göstərir ki, mövcud təşviq mexanizmləri daha çevik və innovativ yanaşmalarla zənginləşdirilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması üçün müasir texnologiyaların tətbiqi, elmi-tədqiqat institutlarının istehsal prosesinə daha fəal inteqrasiyası və rəqəmsal həllərin genişləndirilməsi vacibdir. Fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində təlim proqramları təşkil olunmalı, bazar yönümlü istehsalın stimullaşdırılması həyata keçirilməlidir. Eyni zamanda, suvarma sistemlərinin modernləşdirilməsi və torpaqdan səmərəli istifadə mexanizmlərinin tətbiqi də məhsuldarlığa ciddi təsir göstərə bilər. Qlobal bazar tələblərinə uyğun məhsul istehsalı və ixrac strategiyalarının hazırlanması Azərbaycanın kənd təsərrüfatının rəqabətqabiliyyətini artırmaq üçün mühüm şərtlərdəndir. Nəticə etibarilə, kənd təsərrüfatı siyasətində kompleks və inteqrativ yanaşma olmadan dayanıqlı inkişafın təmin edilməsi mümkün görünmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi