Üçtərəfli Tramp-Putin-Zelenski görüşü sual altındadır - ŞƏRH
01:46 20.08.2025
Siyasət
325
Müharibənin davamı əksər oyunçuların maraqlarına uyğundur
“Vaşinqtonda baş tutan Tramp-Zelenski görüşünün bu ilin aprel ayında Ağ Evdə keçirilən Tramp-Zelenski görüşü ilə mahiyyət və prinsipi eyni olsa da, psixaloji cəhətdən çox fərqlidir. Zelenskinin səmimi və daha ehtiyatlı qəbul edilməsi, təbii ki, Zelenskinin Tramp üzərində psixoloji üstünlüyündən irəli gəlir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib. Onun sözlərinə görə, Tramp-Zelenski təkbətək görüşündən Rusiya-Ukrayna müharibəsi ilə bağlı müəyyən nəticələr əldə olunsa da, onlar ictimaiyyətə açıqlanmayacaq:
“Tramp-Zelenski görüşündən sonra planlaşdırılan üçtərəfli Tramp-Putin-Zelenski görüşündə Tramp-Zelenski görüşündə əldə edilmiş, ancaq açıqlanmayan həmin razılaşmalar elan edilə bilər. Əgər avqustun 18-də Tramp-Zelenski görüşündən Rusiyanı qaneedici nəticə olmayıbsa, planlaşdırılan üçtərəfli görüş heç baş tutmayacaq da. Ukrayna Rusiyanın tələblərinə uyğun torpaqlarını Rusiyaya güzəştə gedəcəyi inandırıcı deyil. Düşünürəm ki, Zelenski artıq onun Ukrayna torpaqlarını güzəştə getmək səlahiyyətində olmadığını, ərazi və suverenlik məsələlərinin konstitusiyaya uyğun referenduma aid olduğunu bildirməklə həm Trampa mədəni-diplomatik yox, Putinə isə rədd cavabı verir. Əbəs deyil ki, Tramp Zelenski ilə görüş öncəsi, "əgər Ukrayna ilə razılaşma olmasa, ABŞ Ukraynaya hərbi dəstəyini davam etdirəcək" açıqlaması Ukrayna və Rusiyanın ortaq məxrəcə gəlmək ehtimalını çox azaldır. Müharibə davam edəcək və müharibənin davamı əksər oyunçuların maraqlarına uyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi
Azərbaycan mühacirlərinin "Aras"ı
13:22 27.07.2026
Tarix
Faktiki hava açıqlanıb
13:20 27.07.2026
Ekologiya