İran, İsrailin ən önəmli casuslarından birini EDAM ETDI
12:05 29.09.2025
Region
392
İran, İsrailin xarici kəşfiyyat təşkilatı Mossad adına işləmək ittihamı ilə ölüm cəzasına məhkum edilmiş bir şəxsi edam edib.
Sherg.az xəbər verir ki, İran məhkəmə sisteminə bağlı “Mizan” Xəbər Agentliyinin məlumatına görə, “İsrailin İrandakı ən mühüm casuslarından biri” kimi təqdim edilən Behmən Çubiasl adlı şəxsin ölüm hökmü icra olunub.
Edam olunan şəxsin məlumat texnologiyaları üzrə fəaliyyət göstərən bir şirkətdə çalışaraq ölkənin kritik telekommunikasiya layihələrinə çıxış imkanı əldə edən data mütəxəssisi olduğu bildirilib.
Məlumata görə, Çubiaslın ixtisası sayəsində o, şirkətin bütün layihələrində idarəçi kimi iştirak edib və ölkənin həyati data bazalarına geniş çıxış imkanı qazanıb. Onun Mossad agentləri ilə Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Hindistan, Tayland, Vyetnam, İrlandiya və Bolqarıstanda üzbəüz görüşlər keçirdiyi müəyyən olunub.
Xəbərdə qeyd olunub ki, “Mossadın təqsirləndirilən şəxslə əməkdaşlıq etməsinin əsas məqsədi dövlət qurumlarının bazasını ələ keçirmək və İranın məlumat mərkəzlərində pozuntu yaratmaq idi. Bununla yanaşı, elektron cihazların idxal marşrutunu araşdırmaq kimi digər ikinci dərəcəli məqsədlər də güdülürdü”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya