Gəncəyə ilk raket hücumundan 5 il ötür
21:30 03.10.2025
Ölkə
557
Bu gün İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərinə endirdiyi ilk raket zərbəsindən beş il keçir.
Teleqraf məlumat verir ki, 2020-ci il oktyabrın 4-də səhər saatlarında atılan raketlər Azərbaycanın ikinci ən böyük şəhərində yaşayış evlərinə, ikimərtəbəli binaya və mülki infrastruktura dəyib.
Hücum nəticəsində Tunar Qoşqar oğlu Əliyev həlak olub, 32 mülki şəxs yaralanıb. Şəhərin tarixi tikililərinə və gündəlik həyat üçün vacib obyektlərinə də ciddi ziyan dəyib.
Bu, müharibə gedişində Qarabağ bölgəsindən kənara yönəlmiş ilk genişmiqyaslı hücum kimi yadda qalıb. Sonrakı günlərdə – 4, 5, 8, 11 və 17 oktyabrda Gəncə yenidən raket və artilleriya atəşinə tutulub. Ümumilikdə 26 nəfər həyatını itirib, 175 nəfər xəsarət alıb, şəhərin infrastrukturuna, nəqliyyat vasitələrinə və yaşayış evlərinə böyük zərər dəyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual