Tramp Çin malları üçün gömrük rüsumunu 10 faiz endirib
06:00 30.10.2025
Dünya
377
Çin malları üçün gömrük rüsumunu 10 faiz endirdim.
APA xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdən qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında bildirib.
“Bildiyiniz kimi, mən Çindən idxal olunan mallara, ölkəyə gətirilən [narkotik maddə] fentanil səbəbindən, 20 faiz rüsum tətbiq etmişdim. Bu, böyük bir rüsumdur. (…) Mən onu 10 faiz endirdim”, – Tramp bildirib.
Onun sözlərinə görə, Pekin fentanil axınının qarşısını almaq istiqamətində işləyəcək. ABŞ Prezidentinin qeyd etdiyinə görə, Çin üçün tariflərin ümumi səviyyəsi bundan sonra 47 faiz təşkil edir.
Bundan əlavə, Tramp kənd təsərrüfatı sahəsində əldə olunan razılaşmalar barədə məlumat verib: “Çox böyük miqdarda soya paxlası və digər kənd təsərrüfatı məhsulları dərhal, elə indi alınacaq”, – o bildirib.
Tramp vurğulayıb ki, Çinlə ticarət sazişi əldə olunub. Saziş bir il müddətinə qüvvədə olacaq və daha sonra yenidən nəzərdən keçiriləcək. Onun sözlərinə görə, sazişin imzalanması yaxın vaxtlarda baş tuta bilər, çünki bunun üçün “ciddi maneələr yoxdur”.
ABŞ prezidenti həmçinin qeyd edib ki, aprel ayında Çinə səfər etməyi planlaşdırır, bundan sonra isə Si Cinpinin ABŞ-a cavab səfəri baş tuta bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya