
Proses “idxal inflyasiyası” kimi qiymətləndirilir -AÇIQLAMA
14:04 04.11.2025
İqtisadiyyat
483
Pensiyalarda artımların baş verəcəyi demək olar ki, qaçılmazdır
Eldəniz Əmirov: Bu artım təxminən 7–9 faiz bəndi civarında ola bilər
2025-ci ilin 9 ayında istehsalçı qiymətləri üzrə indekslərin artım tempi sürətlənmiş, bu qiymət indeksləri orta illik qiymətləndirmədə qeyri neft-qaz sənayesi üzrə 4,6% (əvvəlki ilin müvafiq dövrü üzrə 2,4%), kənd təsərrüfatı məhsulları üzrə 9% (əvvəlki ilin müvafiq dövrü üzrə 3,7%) artıb.
Bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənddə qeyd edilir ki, 2025-ci ilin dövlət büdcəsi layihəsində orta illik inflyasiya 4,6% proqnozlaşdırılıb, 2026-cı ilin büdcə layihəsi tərtib olunan zaman 2025-ci ilin gözlənilən rəqəmi 5,4%-ə yüksəldilib:
"Dəqiqləşdirilmənin əsas səbəbləri kimi cari ilin ötən dövründə faktiki inflyasiya, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət dəyişiklikləri göstərilib. Hesablama Palatası təhlillərlə inflyasiyanın gözlənilən rəqəmdən az olmayacağı (nisbətən yüksək olacağı) qənaətinə gəlib.
Təqdim olunan “Büdcə zərfi”nə əsasən, növbəti ildə orta illik inflyasiyanın 4,8% olacağı proqnozlaşdırılır. Hesabat dövründə qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi məhsul və xidmətlərin qiymət artımının laq effekti, eləcə də cari ilin gözlənilən rəqəmi nəzərə alındıqda, növbəti il üzrə inflyasiyanın proqnozlaşdırılması zamanı optimist yanaşmanın tətbiq edildiyi qənaətinə gəlinir".
İqtisadçı Eldəniz Əmirov Sherg.az-a bildirib ki, bu gün Azərbaycan idxaldan asılı ölkə olduğuna görə, inflyasiyanın təxminən 70 faizdən çox hissəsi birbaşa xarici təsirlərdən formalaşır:

"Ona görə də proses “idxal inflyasiyası” kimi qiymətləndirilir. Yəni, məhsul idxal etdiyimiz ölkələrdə baş verən inflyasiya nəticə etibarilə ölkəmizə də öz təsirini göstərir. Hazırkı inflyasiya göstəriciləri ilkin proqnozlardan bir neçə faiz bəndi yüksək olsa da, ümumilikdə o qədər də ciddi hesab edilmir. Burada diqqətəlayiq məqam ondan ibarətdir ki, inflyasiya ÜDM-in zəif artımı fonunda baş verir. Əgər ümumi daxili məhsulun artımı daha güclü olsaydı, bu səviyyədə inflyasiya narahatedici göstərici kimi qiymətləndirilməzdi. Əməkhaqqı və pensiya artımlarına gəlincə, özəl sektorda maaş artımları daha fərqli qaydada tənzimlənir, dövlət sektorunda isə yaxın dövrdə ciddi artım gözlənilmir. Lakin pensiyalarda artımların baş verəcəyi demək olar ki, qaçılmazdır. Bu artımlar orta aylıq əməkhaqqının artım dinamikasına uyğun şəkildə pensiyaların indeksləşdirilməsi yolu ilə həyata keçiriləcək. Hesab edilir ki, bu artım təxminən 7–9 faiz bəndi civarında ola bilər".
Aynur Babazadə
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya