Arda Gülərin yeni baş məşqçisi Mourinyo ola bilər

"Real Madrid"də baş məşqçi məsələsi yenidən gündəmə gəlib. “El-Klasiko”da "Barselona"ya 0:2 hesabı ilə məğlub olan Madrid təmsilçisi çempionluğu da rəqibinə uduzub.

Sherg.az xəbər verir ki, klub daxilində Kylian Mbappenin vəziyyəti, futbolçular arasındakı gərginlik və baş məşqçi qeyri-müəyyənliyi müzakirə olunur.

Məlumata görə, əvvəllər adı gündəmə gələn Jürgen Klopp təklifi qəbul etməyib. Hazırda isə əsas namizədlərdən biri Joze Mourinyo hesab olunur.

İddialara əsasən, Mourinyonun çalışdırdığı "Benfika" onu mayın 17-dək buraxmaq istəmir. Daha sonra isə tərəflər arasında danışıqların sürətlənəcəyi bildirilir.

Transfer baş tutarsa, Arda Gülərin yeni baş məşqçisi də Joze Mourinyo olacaq. "Benfika" isə bu ayrılıqdan 6 milyon avro qazanacaq.