Azərbaycanda bu iki klubun adı dəyişdirildi

I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib.

Peşəkar Futbol Liqasından Axar.az-a verilən məlumata görə, artıq "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Haypers" adı altında mübarizə aparacaq.

Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.

Bildirilib ki, liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klub əvvəlkinin PFL üzvlüyünə malik olur, yarışlarda iştirak etməklə bağlı əvvəllər ortaya çıxan bütün öhdəlikləri yerinə yetirir.

Qeyd edək ki, cari ilin iyun ayında Quba təmsilçisi "Haypers Quba" adını "Quba" adı ilə əvəzləmişdi.