Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi

"Fənərbağça" klubu "Qalatasaray" prezidenti Dursun Özbəkin derbi matçı ərəfəsində verdiyi açıqlamaya cavab verib.

Oxu.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) həftəsonu oynanılacaq "Qalatasaray" derbisinə hakim Yasin Kolu təyin etməsindən dərhal sonra "Fənərbağça" klubu sosial media hesabından yazılı bəyanat yayımlayıb.

"Sarı-lacivərd" klubun rəsmi sosial media hesabında paylaşılan açıqlamada aşağıdakı ifadələrə yer verilib:

"Qətiyyən sarı vərəqə çıxarma, qətiyyən qırmızı vərəqə göstərmə, qətiyyən VAR-a getmə, qətiyyən penalti vermə, qətiyyən bəzi mövzuları açma, qətiyyən! Mövsüm boyu bütün kritik epizodlarınız təxirə salınmışdı. İndi isə əlaqələr təxirə salındı. Növbə bu matçdadırmı?"

Məlumat üçün bildirək ki, "Qalatasaray" klubunun prezidenti Dursun Özbək də hakim təyinatından sonra mediaya çıxış edərək, "TFF-nin mövcud rəhbərliyi ilə bütün əlaqələrimiz bu gündən etibarən dayandırılıb", - açıqlamasını vermişdi.