"Fənərbağça" Vedat Muriqi ilə razılaşıb

Superliqa təmsilçilərindən "Fənərbağça" yay transfer pəncərəsi üçün əsas hədəfi olan Vedat Muriqi ilə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

İddialara görə, yay transfer pəncərəsinə qədər müqaviləni yekunlaşdırmağı hədəfləyən "Fənərbağça" komandaya qayıtmaq istəyən Muriqi ilə artıq ilkin müqavilə imzalayıb.

Kosovolu ulduzla razılaşmadan sonra "sarı-lacivərdlilər" "Malyorka" ilə danışıqlara başlamağa hazırlaşır. La Liqa təmsilçisinin Vedat Muriqi üçün 10 milyon avro təkliflə danışıqlara başlayacağı bildirilib.

31 yaşlı Muriqi bu mövsüm La Liqada 30 oyun keçirib, 21 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, kosovolu hücumçu 2019-2020-ci illərdə İstanbul klubunun şərəfini qoruyub.