Ferran Torres PSJ-də

İspaniyanın "Barselona" klubu Ferran Torresin Fransa təmsilçisi PSJ-yə keçdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.

Hazırkı ölkə çempionu 26 yaşlı vingerə gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Ferran Torres 2022-ci ildən "Barselona"da çıxış edib. O, İspaniya millisinin heyətində Avropa və dünya çempionu olub.