“Hapoel”in qapıçısı: “Sabah”la oyuna yüksək səviyyədə hazırlaşmışıq

“Özümüzü çox yaxşı və hazır hiss edirik. Qarşılaşmanın məsuliyyətini anlayırıq”.

Teleqraf xəbər verir ki, bunu “Hapoel”in (Beer-Şeva, İsrail) qapıçısı Ofir Marsiano UEFA Çempionlar Liqasının pley-off turunun “Sabah”la cavab oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

O, “Sabah”la oyunöncəsi hazırlıqları barədə bunları söyləyib:

Oyuna yüksək səviyyədə hazırlaşmışıq. Özümüzə inanırıq. Bu oyuna köklənmişik. Meydanda hər şey asan olmasa da, yaxşı olacaq. Bir sıra çətinliklər olsa da, matçın yaxşı keçəcəyinə inanırıq. Vəziyyət yaxşı olacaq. Təbii ki, udmaq, qazanmaq kimi arzularımız var. Çox şadıq ki, bu mərhələyə çatmışıq.

Qeyd edək ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.