Harri Keyn ikinci dəfə “Qızıl buts”u qazandı

Almaniyanın “Bavariya” klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyn “Qızıl buts” mükafatına layiq görülüb.

Teleqraf xəbər verir ki, 33 yaşlı futbolçu 2025/26 mövsümündə Avropa çempionatlarının ən məhsuldar oyunçusu olub.

Mükafatlandırma mərasimi avqustun 19-da Münhendə, “Alyans Arena”da yerləşən “Bavariya” muzeyində keçirilib.

Keyn ötən mövsüm Bundesliqada 36 qol vuraraq Avropanın ən yaxşı bombardiri adını qazanıb.

Bu, ingiltərəli hücumçunun karyerasında ikinci “Qızıl buts” mükafatıdır. O, ilk dəfə 2023/24 mövsümündə də Bundesliqada 36 qol vuraraq bu mükafata sahib çıxmışdı.