Konte "Fənərbağça"ya rəhbərlik edə bilər

6-7 iyun tarixlərində keçiriləcək "Fənərbağça" klubunun fövqəladə ümumi yığıncağı öncəsi prezidentliyə namizədlər Aziz Yıldırım və Hakan Safi seçki kampaniyalarını davam etdirirlər.

Hər iki namizəd yeni baş məşqçi məsələsini əsas prioritet kimi müəyyənləşdirib.

Teleqraf İtaliyanın "La Gazzetta dello Sport" nəşrinə istinadla xəbər verir ki, Hakan Safi hazırda "Napoli"nin baş məşqçisi olan Antonio Konte ilə əlaqə saxlayıb.

Konte mövsümün sonunda “Napoli”dən ayrılmağa hazırlaşır.

Eyni zamanda, Antonio Kontenin İtaliya milli futbol komandası üçün əsas namizədlərdən biri olduğu vurğulanır. Bildirilir ki, federasiyada keçiriləcək 22 iyun seçkilərindən dərhal sonra yeni rəhbərlik baş məşqçi məsələsi ilə bağlı qərar verəcək.