Norveçə məğlub olan Braziliya DÇ-2026 ilə vidalaşıb- YENİLƏNİB-5

Futbol üzrə dünya çempionatında Norveç Braziliyanı məğlub edib.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər.

Norveçin heyətində Erlinq Holann (79, 90) dubl edib. "Sambaçılar"ın təsəlli qoluna isə 90+10-cu dəqiqədə penaltidən Neymar imza atıb.

Bu qələbə ilə 1/4 finala yüksələn Norveçin rəqibi Meksika - İngiltərə cütünün qalibi olacaq.

01:55

Futbol üzrə dünya çempionatının Braziliya - Norveç oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar hesabdakı üstünlüklərini möhkəmlənidiriblər- 2:0.

90-cı dəqiqədə Erlinq Holann dubl edib.

01:44

Futbol üzrə dünya çempionatının Braziliya - Norveç oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.

79-cu dəqiqədə Erlinq Holann başı ilə fərqlənib.

01:07

Futbol üzrə dünya çempionatının Braziliya - Norveç oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı ABŞ-li FIFA referisi İsmail Elfat idarə edir.

00:52

Futbol üzrə dünya çempionatının Braziliya - Norveç oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı ABŞ-li FIFA referisi İsmail Elfat idarə edir.

00:00

Futbol üzrə dünya çempionatının Braziliya - Norveç oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/8 final mərhələsinin matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.

Qarşılaşmanı ABŞ-li FIFA referisi İsmail Elfat idarə edir.