Azərbaycan Premyer Liqasının XIV turunda “Sabah” və “Neftçi” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə qolları (58-ci dəqiqə) Akim Zedadka və Coy Lens Mikesl (77-ci dəqiqə) vurub.
Bu nəticədən sonra Valdas Damburauskasın komansaı xallarını 28-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Ağ-qaralar” isə 16 xalla 8-ci pillədə yer alırlar.
Qeyd edək ki, bu gün baş tutan "Qəbələ" – "Turan Tovuz" oyunu güclü duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılaraq təxirə salınıb. Turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0) məğlub edib, "Zirə" - "Qarabağ" görüşündə qalib müəyyənləşməyib - 1:1.