"Qarabağ"ın mərhələ adlama ehtimalı neçə faiz qalıb?

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turundan sonra turnirdə növbəti mərhələyə yüksəlmək şansları ilə bağlı ehtimallar yenilənib.

Teleqraf xəbər verir ki, yenilənən siyahıda "Qarabağ"ın pley-off mərhələsinə yüksəlmək şansı 38%-dir.

Ağdam təmsilçisinin birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanmaq ehtimalı isə qalmayıb.

1/8 final mərhələsini artıq təmin edən bir klub da var. Bu, İngiltərənin “Arsenal” komandasıdır.

Türkiyə çempionu "Qalatasaray"ın pley-offa vəsiqə qazanmaq imkanı 93%, 1/8-ə isə 0,4%-dir.

Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasında "Ayntraxt Frankfurt"la ev və "Liverpul"la səfər oyunları qalıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda altı turdan sonra 7 xalla 22-ci pillədə qərarlaşıb.