İspaniyanın La Liqa klubu "Real Madrid" mövsümün sonunda 5 ildir komandada çıxış edən Avstriyalı müdafiəçi David Alaba ilə yollarını ayıracağını açıqlayıb.
Sherg.az xəbər verir ki, klub rəhbərliyi futbolçuya təşəkkür edərək onun öz fədakarlığı və komanda üçün qazandığı uğurlarda böyük pay sahibi olduğunu bildirib. Prezident Florentino Perez Alabanı “Madrid ailəsinin bir hissəsi” kimi xarakterizə edib və onun klub tarixində önəmli iz buraxdığını vurğulayıb.
Alaba "Real Madrid" karyerasında 131 oyun keçirib və 11 kubok qazanıb. Onun arasında UEFA Çempionlar Liqası, La Liqa və digər beynəlxalq titullar yer alır. Klub futbolçu üçün Santiago Bernabeuda vida mərasimi keçirəcək.