Madrid “Real”ı Almaniyanın “Leyptsiq” klubundan hücumçu Yan Diomandeni heyətinə qatıb.
Sherg.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Fil Dişi Sahili millisinin futbolçusu ilə 2033-cü ilədək müqavilə imzalanıb.
"Marca" nəşrinin yazdığına görə, Almaniya klubu bu transferdən 125 milyon avro sabit məbləğ qazanacaq, bonus şərtləri yerinə yetiriləcəyi təqdirdə isə bu rəqəm 140 milyon avroya çata bilər. Halbuki “Leyptsiq” Diomandeni cəmi bir il əvvəl “Leqanes”dən 20 milyon avroya transfer etmişdi.
Diomande həm “Real” tarixinin ən bahalı transferi, həm də klub tarixində ən uzunmüddətli müqavilə imzalayan futbolçu olub.
Diomande 2025-ci ildən “Leyptsiq”də çıxış edirdi. O, 2025/26 mövsümündə 36 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.