“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Futbol Liqasının dördüncü turunda evdə “Əl-Taavun”u 2-1 hesabı ilə məğlub edib.
Axar.az xəbər verir ki, “Əl Nəsr”də birinci qolu ilk hissənin əlavə vaxtında Samu Kosta vurub, ardınca Kristiano Ronaldo (50-ci dəqiqə) adını tabloya yazdırıb. Qonaqlardan isə Bassam Əl-Xurayci (11-ci dəqiqə) qola imza atıb.
Qeyd edək ki, portuqaliyalının aktivində 978 qol var ki, bunlardan 146-sı milli komandasında, 832-si isə klubunda vurulub.