Ronaldu da göz yaşlarını saxlaya bilmədi - Dünya Çempionatı onun üçün başa çatdı

Portuqaliya millisinin hücumçusu Kriştian Ronaldu 2026-cı il futbol üzrə Dünya Çempionatının 1/8 finalında İspaniyaya məğlub olduqdan sonra emosiyalarını gizlətməkdə çətinlik çəkib.

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya yığması Mikel Merinonun 90+1-ci dəqiqədə vurduğu qolla Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Məlumata görə, bu mundial Kriştianu Ronaldunun karyerasında son Dünya Çempionatı olub. O, 2006-cı ildən etibarən altı Dünya Çempionatında iştirak edib. Turnirdə Portuqaliya millisinin ən yaxşı bombardiri olan Ronaldu oyundan sonra göz yaşlarını saxlamaqda çətinlik çəkib.

İspaniya 1/4 final mərhələsində Belçika millisi ilə qarşılaşacaq.