“Sabah” - “Barselona” matçında ilk hissə başladı.
***
22:31
“Sabah” - “Barselona” matçında ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, ilk hissədə qonaqlar üstünlüyü əldə ediblər - 1:0.
***
22:16
”Sabah” - “Barselona” matçında hesab açılıb.
Teleqraf xəbər verir ki, qonaqların heyətində Antoni Qordon 31-ci dəqiqədə fərqlənib - 1:0.
***
21:45
“Sabah” – “Barselona” matçında ilk fit çalınıb.
Teleqraf xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçirilən qarşılaşmaya start verilib.
Bakı Olimpiya Stadionunda təşkil olunan görüşün baş hakimi FİFA referisi Nikolas Uolşdur.
Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki dörd turda 1 qələbə qazanıb, 3 dəfə məğlub olub. “Barselona” turnir cədvəlində 8-ci, “Sabah” 30-cu pillədə qərarlaşıb.