"Real Madrid" komandasının cinah hücumçusu Vinisius Junior klubla yeni uzunmüddətli müqavilə barədə prinsipial razılıq əldə edib. Tərəflər yalnız son detalları tənzimləməlidirlər.
Oxu.Az bildirir ki, bu barədə "Sky Sports"un jurnalisti Florian Plettenberq "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Mənbənin yazdığına görə, Vinisiusla əmək müqaviləsinin müddəti uzadıldıqdan sonra da "kral klubu"nun ən çox maaş alan futbolçusu hücumçu Kilian Mbappe olaraq qalacaq.
Hazırkı müqaviləyə əsasən Vinisius ildə 25 milyon avro, Mbappe isə 32 milyon avro qazanır. Braziliyalının mövcud müqaviləsi 2027-ci ilin yayında başa çatır.