“Zirə” finala yüksəldi

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Teleqraf xəbər verir ki, ilk finalçının adına “Zirə” -“Turan Tovuz” qarşılaşmasında aydınlıq gəlib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun 0:0 hesabı ilə başa çatıb.

İlk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edən Rəşad Sadıqovun komandası iki oyunun nəticəsinə görə finala adlayıb.

Qeyd edək ki, ikinci finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.