Qadağan etmək hüquq pozuntusudur
Yusif Nəzərli
22:20 18.02.2022
Cəmiyyət
861
Kimsə ictimai yerdə aparılan çəkilişə müdaxilə edə bilməz
Hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbərin Nərimanov Rayon Polis İdarəsinin ərazisində polislər tərəfindən şiddətə məruz qaldıqları barədə iddia əsassızdır. DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Trend-in sorğusuna cavab olaraq yayılan məlumatların əsassız olduğunu deyib. "Onlar Nərimanov Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı. Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər" -deyə E. Zahidov bildirib.
Qeyd edək ki, bəzi məkanlarda video, foto çəkilişlərin qadağan edilməsi halları mövcuddur. Məsələn, metropoliten ərazisində çəkilişlərin qadağan olunduğunu bildirən xüsusi xəbərdarlıq elanları var. Eləcə də hərbi hissələr ərazisində və bu kimi digər yerlərdə. Bəs hansı ərazilərdə çəkiliş aparılması sərbəstdir və vətəndaşa müdaxilə edilməməlidir?
Hüquqşünas Ələsgər Məmmədli “Şərq”ə açıqlamasında ictimai yerlərdə çəkiliş aparılmasına heç bir qadağa olmadığını dedi:
- Hüquq müdafiəçilərinin fəaliyyətinə mane olmağın özü müdaxilədir. Hüquq müdafiəçiləri ona görə mövcuddurlar ki, hüquqları pozulanları müdafiə etsinlər. Hüquq müdafiəçisinin fəaliyyətinə mane olmaq hüquq pozuntusudur. Çəkilişlərə gəlincə, çəkiliş aparılması qanunla qadağan olunan yerlərdən savayı digər bütün ərazilərdə çəkiliş aparmaq sərbəstdir. Kimsə ictimai yerdə aparılan çəkilişə müdaxilə edə, çəkilişin dayandırılmasını tələb edə bilməz. Cəmiyyətdə ictimai diskussiya yaradan hadisə ilə bağlı çəkiliş aparmaq, cəmiyyəti məlumatlandırmaq qadağan deyil. Hüquq müdafiəçisinin və ya media mənsubunun harada çəkiliş aparması və ya informasiya verib-verməməsini DİN müəyyən etmir. Hüquq müdafiəçisi və ya jurnalistə də müdaxilə olmamalıdır. Polis İdarəsinin ərazisi də ictimai yerdir. Əgər polis idarəsinin ərazisində “giriş qadağandır”, “çəkiliş aparmaq qadağandır” xəbərdarlığı yoxdursa, qanun orada çəkiliş aparılmasını qadağan etmir. İnzibati binanın qarşısında, ətraf ərazidə çəkiliş aparılmasının inzibati binanın daxilində aparılan fəaliyyətə aidiyyəti yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya