Qərb dövlətlərinin kəşfiyyat orqanları: “Rusiya müharibəyə hazırdır” – Kim udacaq?
Yusif Nəzərli
13:45 21.02.2022
Siyasət
845
“ABŞ-nin rəsmi Kiyevi sürətlə silahlandırdığı bir vaxtda Ukraynaya hücum edəcək bir ordunun uğur qazanması o dərəcədə inandırıcı görünmür”
Fransa Prezidenti Emmanuel Makron Rusiya və ABŞ liderləri arasında sammit keçirilməsini təklif edib. Bu barədə Yelisey sarayından məlumat verilib. Hər iki liderin sözügedən təklifi qəbul etdiyi bildirilib.Qeyd olunub ki,sammit yalnız Rusiyanın Ukraynaya hücum etməyəcəyi təqdirdə baş tuta bilər.Sammitin gündəliyini fevralın 24-də görüş zamanı ABŞ Dövlət katibi Entoni Blinken və Rusiya XİN rəhbəri Sergey Lavrov hazırlayacaq.
Ağ Evin nümayəndəsi Cen Psaki Parisin məlumatını təsdiqləyib.O bildirib ki, prezident Bayden hücum baş verməzsə, Putinlə yenidən görüşməyə prinsipcə razılaşıb.
Siyasi şərhçi Turab Rzayev gözlənilən Bayden- Putin görüşünü “sherg.az” şərh edib. O bildirib ki, Fransa prezidentinin Rusiya və ABŞ liderlərini sammitə dəvət etməsi Qərblə Rusiya arasında nisbətən yumşaqlıq yaratmağa hesablanıb:
“Hər kəs ən azı olimpiadaya qədər Rusiyanın müharibəni başlatmayacağını düşünürdü. İndi isə ayın 24-ü, bu samittin keçiriləcəyi günə qədər tərəflərin müharibə etməyəcəyi ehtimal olunur. Dünya ictimaiyyətinin ümidi bunadır. Ancaq Rusiya hazırkı durumdan çıxmaq üçün mütləq şəkildə hansısa addım atmalıdır”.
Analitikin fikrincə, hazırda rəsmi Moskva müharibəni başlatmaq üçün bəhanə axtarır:
“O bu bəhanə üçün fərqli şərait yaratmağa çalışır. Beləcə gah Donbassdakı Donetsk və Luqansk separatçıları Ukraynanın onlara hücum etdiyini deyir, gah orda partlayışlar baş verir. Rəsmi Kiyev isə maxsimum dərəcədə ehtiyatlı olmağa Rusiyaya bəhanə verməməyə çalışır”.
T.Rzayev indi Qərbin Rusiyanın tapdığı bəhanələri qəbul etmədiyini vurğulayıb:
“Buna görə də Ağ Ev rəhbəri vaxtaşırı olaraq bildirir ki, rəsmi Moskvanın niyyəti məhz tezliklə müharibə başlatmaqdı. Qərb dövlətlərinin kəşfiyyat orqanlarının verdiyi məlumata əsasən Rusiya artıq müharibə üçün hazırdır”.
Analitikin qənaətincə, ABŞ-nin rəsmi Kiyevi sürətlə silahlandırdığı bir vaxtda Ukraynaya hücum edəcək bir ordunun uğur qazanması o dərəcədə inandırıcı görünmür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya