Quzey Kıbrısda Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Yusif Nəzərli
08:22 22.02.2022
Qarabağ
1228
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq konfrans keçiriləcək.
Bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti məlumat yayıb. Diaspor təşkilatından bildirilib ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Diaspora Dəstək Fondu və Türk Ağsaqqalları Birliyi-TAİB-in təşkilatçılığı ilə fevralın 26-da keçiriləcək konfransda ŞKTC-nin prezidenti Ersin Tatar, dövlət rəsmiləri, millət vəkilləri, azərbaycanlı, türk tələbələr, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak edəcəklər.
Girnə Amerikan Universitetinin Konqres Mərkəzində düzənlənəcək konfransa Azərbaycan nümayəndə heyəti də qatılacaq. AKDC-dən verilən məlumatda bildirilib ki,Türk Ağsaqqalları Birliyi-TAİB-in Təşkilat Komitəsinin sədri, akademik Sudeyif İmamverdiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri - millət vəkilləri Anar İskəndərov, Ramil Həsən, Elşad Mirbəşiroğlu, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası İdarə Heyəti üzvü Başar Kömür, TAİB-in İcra Aparatının təmsilçiləri Nicat Dağlar, Elnur Eltürk və Diaspor Komitəsi rəsmilərinin yer aldığı heyətin Şimali Kipr Türk Cümhuriyyətin prezidenti Ersin Tatar, ŞKTR baş naziri Faiz Sucuöğlu, hökumət üzvləri, ali təhsil ocaqlarının rektorları və millət vəkilləri ilə görüşləri də nəzərtə tutulub. Hər iki ölkə arasında ictimai münasibətlərin qarşılıqlı inkişafı və xalqlarımız arasında iş birliyinin daha da güclənməsi üçün müzakirələr aparılacaq.
Azərbaycan nümayəndə heyəti Savaş Muzeyi, Karaoğlanoğlu şəhidliyi və Açıq Hava Hərb Muzeyini də ziyarət edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual