Rusiya-Ukrayna müharibəsi: Britaniya agentləri Rusiya idarəetmə sistemində... - ŞƏRH
Yusif Nəzərli
08:29 05.04.2022
Dünya
680
Rusiya-Ukrayna müharibəsinə dair masa üzərində olan planlar barədə ən səhih məlumatlar Britaniya kəşfiyyatındadır. Qərbi əsasən Britaniyanın Gizli Kəşfiyyat Xidməti (MI6) kəşfiyyat informasiyaları ilə təmin edir, çünki onun gücünün ölçüsü təsəvvürəgəlməz dərəcədə böyükdür.
İkinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyatı özünün böyük şəbəkəsini qurmuşdu, bəşəri müharibənin bitməsində Londonun kəşfiyyat həmlələrinin böyük rolu olmuşdu.
Onları sadalasaq, mövzu uzanacaq, sadəcə qeyd edək ki, soyuq müharibə illərində də Britaniya SSRİ-yə qarşı ən effektiv fəaliyyət göstərən kəşfiyyat mexanizmlərinə yiyələnmişdi.
Sadəcə bir misal: 1962-ci ildə SSRİ-nin Kubaya nüvə başlıqlı raketlər yerləşdirilməsi barədə ilk məlumat Britaniya kəşfiyyatına aydın olmuşdu, özü də SSRİ Baş Kəşfiyyat İdarəsinin zabiti Oleq Penkosvki vasitəsilə.
Kəşfiyyatın ABŞ-a ötürdüyü informasiyalar əsasında hərbi-siyasi, diplomatik hərəkətlərə start verilir, nəhayətdə razılıq əsasında SSRİ raketləri geri çəkir.
Britaniya kəşfiyyatının ali orqanı MI6 indi də keçmiş ənənəsindən qopmayıb və onu müasir dövrün çağırışlarına uyğun formalaşdırıb.
Görünür ki, MI6 Rusiyanın ictimai-siyasi dairələrində nüfuz edə bilib və dəqiq məlumatlara sahiblənir. Həmin bilgilərin öz həqiqi mənasından uzaq tutularaq təhrif edilmiş formada çatdırılması isə təbliğatdır, bunu da Britaniya mükəmməl şəkildə bacarır - təbii ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə koordinasiyalı formada.
Britaniya baş verəcəkləri əvvəldən hesablamışdı, 2020-ci ildə London müasir müharibələrin bir elementi olan kiber müdaxilə imkanlarını artırmaq üçün Milli Kiber Qüvvə yaratdı.
Bu qurum müdafiə və kəşfiyyat imkanlarını bir araya gətirir. Bu orqan Britaniyanın qlobal prioritetlərini təmin etmək üçün məqsədyönlü kiberhücumlar həyata keçirir.
Britaniyanın Milli Kiber Qüvvəsi Britaniya hərbi kəşfiyyatını, MI6-nı, müdafiə texnologiyası ilə bağlı qurumları vahid komandanlıq altında birləşdirir.
Rusiyanın isə ali kəşfiyyat fəaliyyəti rəqibi Britaniyanın yanında çox sönük görünür, ona görə də, Moskva beynəlxalq rəy yarada bilmək potensialından demək olar ki, məhrum səviyyəsinə enib.
Rusiyanın kəşfiyyat və beynəlxalq informasiya platformalarından sıxışdırılmasında Britaniya xüsusi rola sahiblənib, bu isə belə nəticə çıxarmağa imkan verir ki:
1. Britaniya kəşfiyyatı kiberhücumlarla Rusiyanın hərbi sirlərini ələ keçirir,
2. Rusiyada Britaniya kəşfiyyatının agentura şəbəkəsi effektiv işləyir,
3. Hətta bu versiya da güclənir ki, Rusiyanın əhəmiyyətli postlarında Britaniya kəşfiyyatı özünə yer edib.
Aqşin Kərimov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə