20 illik acı: Zəlzələdə yaxınları itkin düşənlər ümidlə gözləyirlər – “Qızım ölmədi, yaşayır”
Ayyət Əhməd
10:06 17.08.2019
Gündəm
958
17 avqustda Türkiyədə baş verən, tarixə “Mərmərə zəlzələsi” kimi düşmüş güclü zəlzələdə ölənlər qəlblərə basdırılsa da, itkinlərin yaxınlarının acısı hələ də təzədir. “Uşaqlarımızın ürəyi hardasa döyünür” deyən ailələr, dövlət qurumlarından, səlahiyyətlilərdən axtarışlara dəstək istəyirlər.
Qeyd edək ki, bu gün “Mərmərə zəlzələsi”nin üzərindən tam 20 il keçir. 1999-cu ilin avqustun 17-də baş verən o qara gündə, rəsmi rəqəmlərə görə, 17 min 480 nəfər ölüb, 48 min 901 nəfər isə yaralanıb. 285 min tikilidə dağıntı baş verib, təxminən 500 min nəfər evsiz qalıb. Zəlzələdə yaxınlarının meyitini tapanlar şanslı sayılırdı. Çünki, yüzlərlə şəxsdən zəlzələ sonrasında heç bir xəbər alına bilməyib.
Sherg.az bildirir ki, 20 ildir ümidlə gözləyən və yaxınlarının yaşadığına inanan Ağtürk, Qaramərt və Əmir ailələri yaşadıqlarını “Milliyət”ə danışıblar.
Kənan Əmir zəlzələdə itirdiyi qızı Hicranı 20 ildir bezmədən, yorulmadan axtarır. Hadisədə oğlu, gəlini və üç nəvəsi ölən 72 yaşlı Əmir itkin düşən qızını ölənə qədər axtaracağını deyib: “Zəlzələdən sonar Hicranımı tapa bilmədim. Səlahiyyətlilərin hamısına illərdir ki, məktub göndərirəm. Amma heç bir nəticə olmadı. Mən övladımın yaşadığını düşünürəm. Ən azından qəbirlər açılsa, cəsədini tapa bilsəm ümidimi kəsərəm. Deyilənə görə zəlzələ gecəsi qızım başından ağır zərbə alıb. Beyin cərrahları ilə danışdım. Keçmişi xatırlaması üçün böyük şök keçirməsi gərəkir. İnanıram ki, bizi tapa bilmir. Qızım ölmədi, bunu içimdə hiss edirəm”.
Zəlzələdə 7 yaşındakı qızı Gözdəni itirən və hələ də yaşadığına inanan Nilgün Qaramərt isə bunları deyir: “Qızımı bir leytenant boş ərazidə tapıb. Sapsağlam xilas edilib. Amma bir daha onu görə bilmədik. Daha sonra həmin leytenant bizi tapdı. Qızımı xilas etdiyini, amma xəstəxanada itirdiyini söylədi. Haradadır, bilmirik. Qızımın ürəyi hardasa döyünür, bunu bilirəm, hiss edirəm. Öldüyü isbatlanmalıdır ki, mənim ümidim bitsin. DNA testləri üçün nəyə görə bu qədər gözlədilirik?! Bir kitab yazmışam, Bu kitab Gözdəyə mirasımdır. Əgər qızımı tapa bilmədən ölsəm, “anam, atam məni heç axtarmadılarmı?” – deyə şübhəsi olmasın deyə yazdım o kitabı.
50 yaşındakı Qəmzə Ağtürk isə qardaşı Zəfər Qutluəri axtarır: “Zəfərin zəlzələdən sonar ölü ya da diri olması haqqında xəbər ala bilmədim. Həmin zaman Gölcük rayonunun icra nümayəndəsi, Kocaeli valise və rayon prokurorunun birgə qərarı ilə məndən icazə alınaraq “17 Avqust Qəbristanlığı”ndakı 31 kimsəsiz məzarın 14-ü açıldı. Amma həmin cəsədlərdən heç biri qardaşıma aid çıxmadı. Sonra bu proses dayandırıldı, başqa itkin yaxınlarından DNA testi edilmədi. Halbuki verilən sözlər belə deyildi. Bütün kimsəsizlər test ediləcəkdi. İllərdir ki, dövlət səlahiyyətliləri bununla bağlı bir arpa boyu yol qət edə bilmədilər. Artıq darıxmağı da unutdum. Qardaşımın öldüyü isbatlanmadığı müddətdə, mən onun yaşadığına inanacam”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm