AŞPA-nın bir qrup deputatı Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı bəyannaməyə imza atıblar
08:54 28.06.2022
Dünya
584
AŞPA-nın bir qrup deputatı sabiq prezident Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı bəyannaməyə imza atıblar.
24News.ge xəbər verir ki, sözügedən bəyannaməni sabiq prezidentin həyat yoldaşı, Liza Yasko sosial media hesabı vasitəsilə paylaşıb.
Bəyannamənin mətnində deyili:
"Mixail Saakaşvilinin tibbi yardıma ehtiyacı var!
Biz ötən ildən etibarən həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin səhhətindən narahatıq.
Bir neçə müstəqil həkim Saakaşvilini həbsxanada müayinə etdikdən sonra onun bir sıra xəstəliklərdən, o cümlədən qidalanma pozğunluğundan və ağır nevroloji xəstəlik olan Wernicke ensefalopatiyasından əziyyət çəkdiyini deyir. Biz Gürcüstanın xalq müdafiəçisinin və Ukrayna Ombudsmanının tövsiyələrinin yerinə yetirilməməsindən də narahatıq.
Onun stress faktorlarından azad olması üçün təcili olaraq müasir klinikaya aparılmalıdır.
Bu addım atılmadığı təqdirdə demans, onun bir çox orqanında çatışmazlıq yarana və ölümlə nəticələnə bilər. Amnesty International hüquq müdafiə təşkilatı da Saakaşvilinin səhhəti ilə bağlı narahatlıqlarını bölüşür.
Biz Gürcüstan hökumətini Mixeil Saakaşvilinin səhhətinin sabitləşməsi üçün əlindən gələni etməyə çağırırıq. Bundan əlavə, bu cür hallarla bağlı təcrübəsi olan Avropanın hər hansı bir ixtisaslaşmış klinikasında müalicə alması tövsiyyə edilir.
Bununla belə, biz Gürcüstan demokratiyasının sabitliyindən də narahatıq və cəmiyyətdə onsuz da dərin olan çatların daha da dərinləşməsindən qorxuruq. Gürcüstanın təcili olaraq siyasi barışıq prosesinə ehtiyacı var. Saakaşvilinin həbsdə olduğu müddət ərzində onun vəziyyəti pisləşərsə və ya həyatını itirərsə, bu qeyd edilən proses üçün zərərli olacaq", - deyə bəyanatda bildirilir.
Məlumata əsasən, sözügedən bəyanata Avropa Şurasının Parlament Asambleyasının müxtəlif ölkələri təmsil edən 20 üzvü imza atıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm